4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

15:04 - 26 Aprel 2024 - GÜNDƏM

 4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-vi illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.

Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident bir qrup sahibkarı təltif etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol