İrəvanda Qazaxın 4 kəndinin qaytarılmasına qarşı etiraza cəhd uğursuzluğu getdikcə daha aydın özünü göstərir.
BUTA.TV xəbər verir ki, müxalifətin Azərbaycana aid kəndlərin qaytarılmasından siyasi məqsədlər üçün istifadə etmək və Paşinyanın öz üslubu ilə - İrəvanda yolları bağlamaq və infrastrukturu iflic etməklə siyasi nəticəyə nail olmaq istəkləri alınmayıb.
Bu gün bəlli olub ki, İrəvanda küçələrin biri cəmi 15 dəqiqə bağlı saxlanılıb – etirazçılar az olduğu üçün avtomobillərin hərəkətinə mane ola bilməyiblər.
Azadlıq prospektində isə yalnız bir yük maşınının sürücüsü yolu “etiraz olaraq” bağlayıb. Hadisə yerinə dərhal polis gəlib və yolu açmağa çalışır.
Qeyd edək ki, 19 apreldə əldə edilən razılaşmadan sonra siyasi müxalifətin dəstəklədiyi azsaylı etirazçıların xaricdən maliyələşdiyi haqda erməni mediası məlumat yaymaqdadır.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik