ABŞ-da prezidentliyə namizəd Robert Kennedi qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxışda Azərbaycana qarşı saxta ittihamlar və böhtanlar yağdırıb.
BUTA.TV xəbər verir ki, o, Qarabağı “artsax” adlandırıb və dövlətimizi “etnik təmizləmə”də günahlandırıb:
“Artsax”da “etnik təmizləmə”dən sonra Azərbaycan rejimi Ermənistanı növbəti ərazi güzəştlərinə məcbur etmək üçün oranın mülki siyasi “rəhbərliyi”ni, keçmiş “prezidentləri, nazirləri və parlament üzvlər”i, eləcə də onlarla başqa insanı girov saxlayır. Rejim Ermənistanın ərazi sərhədləri daxilində bir neçə şəhər və kəndi təhvil verməyəcəyi təqdirdə oranı işğal etməklə hədələyir. Bu gün Azərbaycan buldozerləri “artsax”da erməni irsinin qalıqlarını məhv edir. 1915-ci il “erməni soyqırım”ı beynəlxalq səviyyədə qınanmasa, yaxın həftələrdə və aylarda yenidən baş verəcək”.
Kennedi hökuməti Azərbaycana qarşı sanksiya tətbiqinə çağırıb:
“Biz yerli ermənilərin “artsax”a qayıtması üçün təhlükəsiz yol tapılması, Azərbaycanı girovların azad edilməsinə çağırmalı və sanksiyalar tətbiq etməklə məsuliyyətə cəlb etmək üçün indi hərəkətə keçməliyik. Bu gün biz “erməni soyqırımı”nın törədilməsinin 109-cu ildönümünü qeyd edirik. Ancaq ermənilər hələ də acınacaqlı vəziyyətdədir. Biz “etnik təmizləmə”yə son qoymaq və ermənilərin öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün öhdəliyimizi təsdiqləməliyik”.
Qeyd edək ki, heç vaxt prezident olmayacaq bu prezidentliyə namizəddən ermənilər öz təbliğatları üçün istifadə edir, hazır mətni bu adama oxudur və yayırlar. Bunun müqabilində Kennedinin erməni lobbisindən külli miqdarda rüşvət aldığına heç bir şübhə yoxdur.
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO