Ukraynada baş verənlərə görə məsuliyyət təkcə hazırki Prezident Vladimir Zelenskinin deyil, həm də ölkənin əvvəlki liderlərinin üzərinə düşür.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, əvvəlki prezidentlər ölkəni soyub, xalqı yoxsulluğa sürükləyiblər, öz ciblərini isə doldurublar. O, əlavə edib ki, bir ölkəni çökdürmək çox səy tələb etmir:
“Xarici banklardakı hesabları xatırlamaq kifayətdir, hökmdarlar özləri ölkədən imtina edəcəklər. Çoxlu nümunələr var. Haitidən Filippinə qədər. Ukraynada isə bütün bunlar Zelenskinin dövründə yaradılmayıb. Və baş verənlərə görə günahkar təkcə o deyil".
O qeyd edib ki, Ukraynanın birinci prezidentindən tutmuş sonuncu prezidentinə qədər, onun gözləri qarşısında orada hər şey parçalanıb və qarət edilib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü