Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.
BUTA.TV xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Marat Nurtleu deyib.
“Bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzaladıq. Münasibətlərimizdə yeni bir mərhələ açdıq. Şübhə yoxdur ki, bu mühüm saziş Astana və London arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcək”, - o söyləyib.
Onun sözlərinə görə, ölkələr qarşılıqlı fəaliyyəti genişləndirmək və faydalı layihələr və təşəbbüsləri təşviq etmək üçün ümumi niyyətlərini təsdiqləyiblər.
Qeyd edək ki, ötən gün Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələrinə səfərə başlayıb.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü