İran Futbol Federasiyasının İntizam Komitəsi Təbrizin “Traktor” futbol klubunu bir milyard rial cərimələyib.
BUTA.TV xəbər verir ki, buna klubun “Sepahan”la keçirilən görüşdən öncə azarkeşlərə pulsuz bilet paylaması səbəb olub.
Məlumata görə, “Traktor” klubu ümumi davranış prinsiplərini pozduğuna (oyun qaydalarının pozulması), biletləri pulsuz elan etdiyinə və Təbrizin “Səhənd” stadionunun tutumundan artıq tamaşaçı qəbul etdiyinə görə cərimələnib.
Qeyd olunub ki, “Traktor”un kapitanı Şüca Xəlilzadəyə də bu oyunda idmana yaraşmayan hərəkətlərə yol verdiyinə görə yazılı töhmət verilib.
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi