Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində törədilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir.
BUTA.TV xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Argentina 1994-cü ildə AMİA-ya qarşı 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir. Onlar hələ də cəzasız olaraq öz hakimiyyət mövqelərini tutmaqda davam edirlər. Onlardan biri AMİA-ya hücumun səbəbkarı Argentina ədliyyəsi tərəfindən axtarışa verilən Əhməd Vahididir. Bu şəxs hazırda İranın daxili işlər naziridir və Pakistan, eləcə də Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin tərkibindədir. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlər əsasında həbs edilməsini istəyib”, - məlumatda deyilir.
- Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video
- Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü