Rusiyanın neft emalı zavodlarına uğurlu hücumlar fonunda bu əməliyyatların arxasında duran Ukrayna Baş Kəşfiyyat İdarəsi başqa bir hədəfə - Krım körpüsünə diqqət yetirir. Onun məhvi yaxındır.
BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” nəşri Ukrayna Baş Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmisinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ukraynalı kəşfiyyatçılar körpüyə üçüncü hücumu planlaşdırırlar:
“Biz bunu 2024-cü ilin ilk yarısında edəcəyik. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov artıq bu məqsədi həyata keçirmək üçün böyük vasitələrə malikdir. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya donanmasının Qara dənizdəki mövcudluğunu minimuma endirmək üçün Prezident Zelenskinin təsdiq etdiyi plana əməl edir”, - kəşfiyyat rəsmisi bildirib.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video