Regionda baş verən son proseslər onu göstərir ki, bəzi qərb dövlətləri, eləcə də Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər TRT Haber-in yayımladığı məqalədə öz əksini tapıb. Müəllif Sertaç Aksan bölgə ilə bağlı araşdırma ortaya qoyub. Həmin araşdırmada xeyli önəmli məqamlar yer alıb.
Müəllif bildirir ki, xüsusən də Paris və Tehran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və pulla təmin edir:
“Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa Sasna Tsrer, Voma, Poqa, Nor Asala, Bever, Yerkrapa kimi erməni terror qrupları da var.
Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa, o cümlədən erməni diasporu tərəfindən işıqlandırıldığı iddia edilir. Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan - Azərbaycan sərhəd xəttində və Zəngəzur bölgəsində yerləşdirilən terrorçu qrupların PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir”.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video