Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.
Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir. 0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.
Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.
18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.
Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.
Ardınca tribunalara yaxınlaşan futbolçu "Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın" - deyib.
Özəl görüntülərə aşağıdakı linkdə baxa bilərsiniz:
SPORTİNFO.AZ
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video