Azərbaycanlı futbolçu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib.
BUTA.TV İdman.biz-ə xəbər verir ki, onun komandası 31-ci turda səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə uduzub.
Matça ehtiyat oyunçular skamyasında start verən Renat meydana çıxmaq şansı qazanmayıb. Mauro İkardinin vurduğu qol qarşılaşmanın taleyini həll edib. Hesabında 33 xal olan “Hatayspor” 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Renatın komandası 32-ci turda öz meydanında “İstanbulspor”la qarşılaşacaq.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video