Ermənistan və Azərbaycanın demarkasiyası üzrə komissiyaları tərəfindən Tavuş bölgəsində yerdə heç bir ölçmə işi aparılmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini, Sərhəd Demarkasiyası və Sərhəd Təhlükəsizliyi üzrə Ermənistan Komitəsinin sədri Mger Qriqoryanın ofisi yerli medianın sorğusuna cavab olaraq bildirib.
“Tavuş bölgəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının dövlət sərhədinin demarkasiyası komissiyaları tərəfindən yerdə heç bir iş aparılmayıb və hazırda da aparılmır. Bu məsələlər müzakirə olunur. Eyni zamanda bildiririk ki, iki ölkənin komissiyalarının görüş və müzakirələrinin nəticələri ilə bağlı rəsmi press-relizlər dərc olunur, onlardan kənarda ikitərəfli qaydada təsdiq edilmiş iş proseduruna əsasən, tərəflər şərh vermirlər”, - məlumatda vurğulanıb.
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video
- Neftdən hazırlanan qidalar: çörək, şokolad, çipsi...
- Xəzərdə zəlzələ oldu
- Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video