"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransanın Liqa 2 klublarına keçməkdən imtina edib.
BUTA.TV “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi bu barədə özü açıqlama verib.
O, bu çempionatdan təkliflərinin olduğunu söyləyib:
"Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm. Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".
Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Onun "köhlən atlar" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?