Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.
BUTA.TV xəbər verir ki, o, bir sıra dünya rekordlarını yeniləyib.
Tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda baş tutub.
Pəhləvan ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanaraq hər iki əldə çəki daşları iplə bıçağa bağlı vəziyyətdə və bıçaqla əldə tutaraq qolları horizontal vəziyyətdə saxlayaraq, daşları havada saxlayıb. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını ağız nahiyəsində dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə, mətbəx bıçağını ağız nahiyəsində dişlə tutaraq "Cip" markalı avtomobil dartıb.
Prosesi qeydə almaq üçün Azərbaycana gələn Ginnes rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.
Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?