Xəbər verdiyimiz kimi, Ukrayna kəşfiyyatı Tatarıstanın Elabuqa rayonunda zavoda PUA hücumu edib. Hücumda istifadə olunan PUA-nın xüsusiyyətləri məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Military Talk Live” Teleqram kanalı məlumat yayıb.
Məlumatda PUA-nın Ukraynanın "Ukrjet" şirkəti tərəfindən hazırlanmış "UJ-22 Airborne" olduğu bildirilir. PUA zərbə endirmək üçün nəzərdə tutulub və ən az 20 kq partlayıcı daşımaq gücünə sahibdir. Onun qanadlarının genişliyi 4,6 metrdir.
Sözügedən zavodda 2025-ci ilin yayına qədər altı min PUA-nın istehsalı planlaşdırılır. Zavod həmçinin “Şahid- 136”dronlarının dizaynının dəyişdirilməsi və yeni funksiyaların əlavə edilməsi üzərində işləyir.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?