Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed” şirkətinə verilib.
Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vəsitəsilə həyata keçirib.
COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib. Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?