Ermənistanın “Ucom” və “Team Telecom” şirkətləri Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə sinxron şəkildə ictimai multiplekslə eyni vaxtda Vladimir Solovyovun Rusiya telekanalında yayımlanan proqramlarını söndürmək qərarına gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Qeyd edilib ki, Solovyovun verilişləri “Rostelecom” şəbəkəsində də bloklandığından, bütün kabel operatorlarının milli multipleksdən siqnal götürməsi mümkünsüz olub.
Xatırladaq ki, Ermənistanın Yayım Şəbəkəsi dövlətlərarası sazişin müddəalarını mütəmadi olaraq pozduğuna görə Vladimir Solovyovun proqramlarının respublika ərazisində yayımını əngəlləyib.
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video