Ukraynanın Rusiya ərazisinə zərbə endirdiyi PUA-larda süni intellektdən istifadə edilir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN Ukraynanın PUA proqramı ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
“Dəqiqlik süni intellektin (Aİ) istifadəsi ilə təmin edilir. Hər bir PUA-da peyk və ərazi məlumatları olan bir prosessor var”, - məlumatda qeyd olunub.
Məlumatda bu texnologiyanın Ukraynaya kim tərəfindən verildiyi bildirilməyib.
Qeyd edək ki, Ukrayna PUA-sı bu gün Tatarıstanda “Şahid” PUA-larının zavodunu vurub. Bu, Ukraynanın Rusiyanın 1200 km dərinliyinə ilk hücumudur.
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır
- ADY Baş Ələt stansiyasında yolları yeniləyir - Video
- Bakıda ərzaq məhsullarının topdansatış mağazası bağlandı - Video