İsrailin Dəməşq şəhərində İranın konsulluğuna zərbə endirməsindən sonra Təl-Əvivə qarşı səsləndirilən təhdidlərdə Azərbaycanın da adı çəkilir.
BUTA.TV xəbər verir ki, bu qəbildən olan çıxışlardan biri İran parlamentinin üzvü Calal Rəşidi Kuçi tərəfindən edilib.
O, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi təklif edib:
“Sionist rejimin İran torpağına hücumuna qəti cavab verməkdə tərəddüd və səbir etmək İranın izzət və abrına ağır zərbədir. Təklif edirəm ki, cavab olaraq bu ölkənin qonşu ölkələrdəki diplomatik mərkəzlərindən birinə, əsasən Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin”.
Qeyd edək ki, ötən gün İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı, 5 zabiti, o cümlədən diplomatlar həlak olub.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?