Prezident Co Bayden administrasiyası Tehrana birbaşa deyib ki, İsrailin Dəməşqdəki İran konsulluğuna hücuma hazırlaşmasından ABŞ-ın əvvəlcədən xəbəri olmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə NBC adlarını açıqlamadığı iki amerikalı məmura istinadla məlumat yayıb.
“Bayden administrasiyasından İrana birbaşa deyilib ki, ABŞ Dəməşqdəki konsulluğa hücumdan xəbərsizdir və bununla heç bir əlaqəsi yoxdur”, - məlumatda qeyd olunub.
Məmurlar kanala açıqlamalarında bildiriblər ki, ABŞ zərbəyə hazırlıq xəbərini İsrail təyyarələrinin havada olduqları vaxt alıb, amma hədəfin hara olduğunu bilməyib.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?