“Urmiya Bələdiyyəsi” voleybol klubunun “Şahdab Yəzd” komandası ilə daha bir qarşılaşması zamanı Güney azərbaycanlı azarkeşlər şüarlar səsləndiriblər.
BUTA.TV xəbər verir ki, bütün zal “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb”, “Urmiyə türkündü, türkün qalacaq” kimi şüarlar qışqırıblar.
Matçın sonunda azarkeşlər və polislər arasında qarşıdurma yaranıb, bir nəfərin həbs edildiyi bildirilir.
Qeyd edək ki, Urmiyaya kütləvi şəkildə kürdləri köçürən İran şovinist hakimiyyəti etnik münaqişə yaradır və kürdlərin torpaq iddiasını gizli şəkildə dəstəkləyir. 1 mart parlament seçkilərindən sonra Urmiyadan seçilən 3 deputatın ikisinin kürd əsilli olması isə kürdlərin iddialarını daha da artırıb və onlar Urmiyaya iddialarını açıq müstəviyə keçiriblər.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?