İspaniya millisinin heyətində dünya çempionu və ikiqat Avropa çempionu olan Serxio Ramos mövsümün sonunda “Sevilya”nı tərk edəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi maddi durumla əlaqədar bu addımı atmağı planlaşdırır.
La Liqa təmsilçisi də ona yaya qədər olan müqavilənin müddətini uzatmağı təklif etməyib. İspaniya klubu maliyyə feyr-pley qaydalarına əməl etmək üçün maaş büdcəsini azaltmalı olacaq. Daha az məvacibə müsbət yanaşmayan ulduz futbolçu yeni klub axtarışlarına başlayıb.
Qeyd edək ki, Serxio Ramos bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 7 qol vurub.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?