Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, Emil Ağayev ev tikintisi adı ilə yeddi nəfərdən 300 min manata qədər dələduzluq yolu ilə pul alıb.
Qeyd edək ki, cinayət işində idmançı Kamil Zeynallı zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayət əməli törədilib. Kamil Zeynallı ziyanı ödənilməsə də, 20 min manatı Emilə bağışladığını bildirib:
“Sən nə qədər pulsuz insanların ümidlərini puç edəcəksən, mən istəmirəm, qoy getsin həbsə”.
Təqsirləndirilən isə zərərçəkənə qarşı mülki iddia ilə çıxış etdi:
“Kamil Zeynallını tanıyandan sonra biznesim çöküb. Kamil Zeynallı şoumendir. Bu, qaziləri mənim qapıma göndərirdi”.
Hakim digər zərərçəkənlərdən onlara qarşı Kamil tərəfindən təzyiq olduğunu soruşub. Zərərçəkənlər heç bir təzyiqin olmadığını bildiriblər.
Onda Kamil Zeynallı təqsirləndirilən şəxsə üz tutub:
“Bunun bir şilləlik canı yoxdur, yalan danışır. Arvad-uşağını camaatın qabağına niyə çıxarırdın?”
Sonra digər zərərçəkənlər dindiriliblər.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?