İran rejiminə qarşı 2022-ci ildə baş tutan ümumxalq etiraz aksiyaları zamanı həbs edilən Şəhriyar Bayat edam olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, 64 yaşlı siyasi məhbus insanların gözü qarşısında dar ağacından asılacaq.
Məlumata görə, o, “peyğəmbər və müqəddəsləri təhqir etmək”də təqsirli bilinib. Məhkəmə onun sosial şəbəkələrdə paylaşdığı postları sübut kimi tanıyıb. Fevralın 14-də çıxarılmış qərarı məhbusa elan ediblər.
Qeyd edək ki, Şəhriyar Bayat Qızılhisar Həbsxanasında saxlanılır.
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
- Kliniki Tibbi Mərkəzi kim idarə edir?
- Bakıda "B-04" metrostansiyası bu ərazidə yerləşəcək - Video
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?