Amerikalı hərbi təlimatçılar ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində Ermənistana gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də amerikalı bir qrup mobil təlimatçı Ermənistana səfər edib. Aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində təlimatçılar Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin və "Zinuj Media" dövlət qurumunun əməkdaşları ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər”, - məlumatda qeyd olunub.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video