Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan BUTA.TV-a verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Əhməd Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Əhməd Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu