Ukrayna müharibəsinin başlanğıcında Rusiya silahlı qüvvələrinin hava-desant qoşunlarının ən mobil və döyüşə hazır hissələri Kiyev istiqamətində yerləşdirildi.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.
Onun sözlərinə görə, bu hərbçilərin mühüm obyektləri ələ keçirmək və sürətlə yerdəyişmək üçün dəqiq planları var idi:
"Onlar gözlənilməz, peşəkar müqavimətlə qarşılaşdılar və bütün irəliləyişləri dayandırıldı, buna görə də planlarını tez dəyişmək məcburiyyətində qaldılar. Əgər bu baş verməsəydi, sürətli hücum, Kiyevin inzibati zonasına sürətlə irəliləmək, hökumət binalarını ələ keçirmək, Rusiya bayrağını qaldırmaq və Kiyevdə parad keçirmək planı reallaşardı. Onların belə planları var idi və inanın ki, müqavimətimiz olmasaydı, həyata keçərdi".
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video
- Bakının mərkəzi yolları bağlanır
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu