Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri iki ölkənin geosiyasi vəziyyəti və sərhədləri dəyişib. Hər kəs bununla hesablaşmalı olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin 1991-ci il sərhədlərinə qayıtmaq üçün Rusiya ilə danışıqları mümkün hesab etməsini şərh edərkən deyib.
“Geosiyasi vəziyyət kökündən dəyişib, həm Ukraynanın, həm də Rusiya Federasiyasının sərhədləri dəyişib. Bizim dörd yeni vilayətimiz var və buna göz yummaq olmaz, bu, yeni reallıqdır və təbii ki, hər kəs nəzərə almalı olacaq”, - deyə Peskov bildirib.
- AZAL daha bir “Airbus A320neo” aldı
- Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi
- Milli Onkologiya Mərkəzində partlayış: ölən var
- Tərbiyə məsələsi mürəkkəbdir, ölçmək çətindir - Nazir
- Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
- Bu avtobuslar yenilənir: Gediş haqqı...
- Dəmir yolunda baş verən qəzalar... - Video
- Ukrayna Permdəki neft obyektlərini yenə vurdu - Video