Masallıda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə Alvadı kəndində baş verib.
Belə ki, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb və elektrik transformatoruna çırpılıb. Qəza nəticəsində üç nəfər - Cəlilabad rayon sakinləri: 2002-ci il təvəllüdlü Əsgər Rasim oğlu Dövlətov, 2002-ci il təvəllüdlü Rahul Əziz oğlu Nəzərov və 2002-ci il təvəllüdlü Şəhanə Əsgər qızı Əliyeva müxtəlif dərəcəli xəsarətləri alıblar.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ə.Dövlətov və R.Nəzərova ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Ş.Əliyeva isə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi