Türkiyənin Elazığ vilayətində kənd muxtarı vəzifəsinə namizəd İrfan Gözvur seçkilər başa çatmamış özünü qalib elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Gözvur İcadiyə rayonundan ikinci dəfə namizədliyini irəli sürüb və həmin rayonda müxtar vəzifəsinə yeganə namizəddir.
“Muxtar seçkiləri üçün yenidən namizədliyimi irəli sürdüm. Mənim rayonum şəhərdə başqa namizəd olmayan yeganə rayon idi. Yeganə namizəd olduğum üçün fəxr edirəm. Ümid edirəm ki, seçkilər insidentsiz keçəcək. Səsvermə saat 07:00-da (Bakı vaxtı ilə 08:00) başlayıb və saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başa çatacaq. Amma rəqibim olmadığı üçün indidən qələbəmi elan etdim. Səslər sayıldıqdan sonra bunu rəsmən elan edəcəm”, - Gözvur bildirib.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi