Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev daşqınları zamanı tədbir görmədiklərinə görə bir sıra məmurları danlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Baş nazir Roman Sklyar, su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov, Aktübinsk, Kostanay və Qərbi Qazaxıstan, Atırau, Akmolinsk, Almatı və Pavlodar vilayətlərinin rəhbərləri prezident tərəfindən tənbeh olunublar.
“Prezident bildirib ki, hökumətlə yerli icra hakimiyyəti orqanları arasında koordinasiya yoxdur. Prezident zərər çəkmiş rayonların sakinlərinin şəxsi əmlakının külli miqdarda itkisindən təəssüfləndiyini bildirib. O, üzr istəyib və bütün zərərçəkənlərə maddi yardım göstəriləcəyini əminliklə bildirib”, - məlumatda qeyd olunub.
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək
- Yuriy Petroviç Kamayev "Şöhrət" ordeni ilə təltif edildi
- Samir Şərifov nazirlərlə mühüm iclas keçirdi