Bakının Səbail rayonunun Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçələrinin kəsişməsində (Fəvvarələr Meydanı) qanunsuz tikilmiş qeyri-yaşayış obyekti sökülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin obyektlə bağlı daxil olmuş sorğu əsasında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirib. Bu zaman ərazidə özbaşına tikinti faktı təsdiqlənib.
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından ötən gün axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video