İspaniya "Real"ı "Bayer 04" klubunu çalışdıran Xabi Alonsonu 2025-ci ildə baş məşqçi postuna gətirməyi planlaşdırır.
BUTA.TV xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu hələlik italiyalı baş məşqçisi Karlo Ançelottini dəyişmək istəmir.
Qeyd edək ki, bundan əvvəl ispaniyalı mütəxəssisin “Bavariya”ya keçəcəyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, X.Alonso 2022-ci ilin oktyabrından Leverkuzen təmsilçisinə rəhbərlik edir. 42 yaşlı ispaniyalı mütəxəssisin "Bayer 04" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimi nəzərdə tutulub.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto