Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Fidan Habil qızı Niftəliyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var.
Faktla bağlı araşdırma aparılır.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto