Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna üçün ən yaxşı variant Qərblə Rusiya arasında “bufer zona”ya çevrilmək və təhlükəsizlik zəmanəti almaq olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstanın “Mandiner” nəşri məlumat yayıb.
“Macarıstanın baş naziri qeyd edib ki, Ukraynanın coğrafi mövqeyini nəzərə almaq lazımdır. Rusiya bilavasitə qonşusu olaraq buferzonaya çevrilmək və təhlükəsizlik zəmanəti almaq ideal olardı, əks halda Viktor Orbanın fikrincə, ukraynalılar öz ölkələrini itirə bilər”, - nəşr yazır.
Macarıstanın baş naziri həmçinin hesab edir ki, Rusiya heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmayacaq.
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...
- Çörək bahalaşır? - Rəsmi cavab
- Bu maşınlar İçərişəhərə buraxılmayacaq
- Mehdiabaddan Biləcəriyə qədər maşını arxa-arxaya sürdü - Video
- Prezident fərman imzaladı
- Nazir Elşən Məmmədova yüksək vəzifə verdi - Foto