İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin "Novruz kamp"-ı təşkil olunub.
23-26.03.2024-cü il tarixlərində Şəmkir rayon, Kimya-biologiya təmayüllü liseydə informatika fənnindən beynəlxalq olimpiadalara intensiv hazırlıq məşğələləri təşkil edilib. İntensiv kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə ölkəmizi müxtəlif müsabiqələrdə uğurla təmsil etmiş məzunların iştirakı ilə keçib.
İnformatika fənni üzrə olimpiadalara hazırlıq prosesi Azercell-in dəstəyi ilə həyata keçirilir. “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı müddətində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...