“Qarabağ” heç bir futbolçusuna görə təklif almayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:
“Biz də bu xəbərləri mediadan oxuyuruq. Ancaq Juninyo və digər futbolçularla bağlı hansısa klubdan təklif almamışıq”.
Qeyd edək ki, Türkiyə mətbuatı hücumçu Olavio Juninyonun “Beşiktaş”ın maraq dairəsində olduğunu yazıb. Həmçinin Leandro Andrade, Andrey Lunyov, Julio Romao və Abdullah Zubirin də adı Avropanın bir neçə klubu ilə birgə hallanıb.
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...