Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, işə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd edilib.
Yayılan xəbərlə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlanılıb. O açıqlamasında xəbəri təkzib edib. "Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır."
Qeyd edək ki, Ramiz Mehdiyevin cərimə olunduğu və bu cəriməni vaxtında ödəmədiyinə görə məhkəməyə verildiyi bildirilmişdi. /manset.az
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı
- Sumqayıtda suyun verilişində fasilə yaranacaq
- Bu ərazidə qaz olmayacaq
- "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir
- Bakıda Avropa Kubokunun açılış mərasimi oldu
- Tiktoker ev dustaqlığına buraxıldı
- Görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- 400 minlik dələduzluq: Sabiq ekspertin məhkəməsi...