Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasında və Xarici Kəşfiyyat Xidmətində rəhbərliyin dəyişdirilməsi haqda danışıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.
Prezident qeyd edib ki, bu gün dövlətin idarəetmə sistemində yenilənmə prosesi davam edib:
“Kadr dəyişiklikləri var. Mən Aleksey Danilova Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindəki işinə görə minnətdaram. O, başqa istiqamətə keçirilir. Bu barədə daha sonra məlumat veriləcək. Mən Aleksandr Litvinenkonu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə təyin etdim. O, Ukrayna Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik təcrübəsini Milli Təhlükəsizlik və Müdafiə Şurasının qarşısında duran vəzifələrlə birləşdirəcək”.
Prezident əlavə edib ki, müvafiq təcrübəyə malik Oleq İvaşşenko xarici kəşfiyyatın yeni rəhbəri olub.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı