Biz çox yaxşı bilirik ki, Putin və Əliyevin (Rusiya və Azərbaycan prezidentləri - red.) agentləri kimlərdir - Daşnaksütyun Partiyası və “Ermənistan” fraksiyası bütöv bir agent şəbəkəsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputatı Akop Aslanyan erməni mediasına açıqlamasında deyib.
O, Daşnaksütyunun milli azadlıq mübarizəsini necə məhv etdiyini, II Əbdülhəmid, Gənc Türklər və DTK ilə necə əməkdaşlıq etdiyini bildiyini vurğulayıb.
Aslanyan onu da bildirib ki, Ermənistanın indiki hakimiyyəti Əliyevlə dost deyil, sərhədləri dəqiqləşdirirlər:
“Bunlar fərqli şeylərdir. Biz diplomatik əlaqələr qurmuruq və qardaşlıq sazişləri imzalamırıq”.
Deputat əmin edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi Azərbaycanın xahişi ilə gündəliyə gəlməyib:
“Ermənistan Konstitusiyası 21-ci əsrin tələblərinə və erməni xalqının arzularına cavab vermir. Biz Əsas Qanunu elə dəyişdirəcəyik ki, o, həqiqətən erməni xalqının maraqlarına xidmət etsin”.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı