Rusiyanın Ukraynaya hücum etdiyi “Xəncər” və “Sirkon” - hipersəs raketlər sayılır. Bununla belə, onların bir əhəmiyyətli fərqi var, o da mühərriklərinin işləməsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri aviasiya üzrə ekspert və Ukrayna Dövlət Aviasiya Muzeyinin aparıcı elmi işçisi Valeri Romanenko bildirib.
“Onların hər ikisi hipersəsdir. Yəni “Xəncər” şərti olaraq hipersəs raketdir, çünki öz trayektoriyası ilə səs sürəti ilə uça bilir, lakin sonra mühərriki dayananda ətalətlə uçur - sürət itir, maksimum 4 Max (4900 km/saat) təşkil edir. Bu isə hipersəs hesab edilmir. Hipersəs 5 Maxdan (6125,2 km/saat) başlayır. Ruslar üçün isə hipersəs 4,5 Maxdan başlayır”, - o deyib.
Ekspertin sözlərinə görə, “Xəncər” məsafənin çox hissəsini 4,5 Maxla uçur:
“Sirkon” isə daha təhlükəlidir, çünki onun mühərriki daha uzun müddət işləyir. Ona görə də yüksək sürəti saxlayır və onu vurmaq daha çətindir”.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı