"Krokus"da yanğını söndürmək niyə mümkün olmayıb?

09:32 - 26 Mart 2024 - GÜNDƏM

"Krokus Siti Holl"da yanğın başlayarkən yanğınsöndürmə sistemi dərhal aktivləşib və ştat rejimində işləyib.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinin "Krokus Siti Holl"da baş vermiş terror aktı ilə bağlı keçirdiyi onlayn müşavirədə deyib.

“Sistem yanğının alışdırıcı vasitələrlə törədilməsi və böyük əraziyə yayılması səbəbindən yanğını söndürə bilməyib”, - nazir bildirib.

Qeyd edək ki, "Krokus Siti Holl"da terakt 22 martda baş verib. Nəticədə 139 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bakının mərkəzi yolları bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol