ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatlarını alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Gələcəkdə ("Krokus Siti Holl" terrorçuları ilə bağlı - red.) bu hücumla bağlı əldə etdiyimiz kəşfiyyat məlumatı olarsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki biz terror hücumlarının uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik", - o bildirib.
O qeyd edib ki, Vaşinqton martın əvvəlində Rusiya paytaxtında gözlənilən terror aktı ilə bağlı məlumatları Moskvaya ötürüb.
Miller həmçinin iddia edib ki, Kiyevin onunla heç bir əlaqəsi yoxdur.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı