Azərbaycanın daha çox şansı var idi - İliyev

23:28 - 25 Mart 2024 - GÜNDƏM

 Azərbaycanın daha çox şansı var idi - İliyev

Bu gün gördük ki, Azərbaycan yaxşı komandadır. Kifayət qədər keyfiyyətli oyunçuları var.

BUTA.TV xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan yığmasının qalib gəlmək üçün daha çox şansı var idi:

“Həmçinin biz də əlimizə düşən qol fürsətindən istifadə etdik. Hesab 1:0 olanda qələbəyə yaxın idik. Lakin sonradan rəqib komanda hesabı bərabərləşdirməyi bacardı. Fikrimcə, ədalətli nəticə oldu”.

Bu xəbər hal-hazırda çox oxunur
Bakının mərkəzi yolları bağlanır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol