Martın 24-də Ermənistanda daha bir insident baş verib.
BUTA.TV xəbər verir ki, saat 16:00 radələrində Araratda, Açaryan küçəsində yerləşən evlərdən birində atışma baş verməsi və qurbanın olması barədə əməliyyat məlumatı daxil olub.
Patrul xidməti əməkdaşları və polis əməkdaşları ərazidən 7 ədəd patron aşkar ediblər. Daha sonra rayon sakini, 30 yaşlı Tiqran B.-nin yaralandığını və tibb məntəqəsinə aparıldığı müəyyən edilib.
Şübhəlinin axtarışları davam edir.
Qeyd edək ki, ötən gün axşam saatlarında İrəvanda Nor-Nork rayonunun polis şöbəsinin binasına 3 nəfər silahlı şəxs basqın edib. Partlatdıqları qumbara ikisinin yaralanmasına səbəb olub, digərini isə polis yaxalayıb.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı