Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 24 nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin əməkdaşı Zarzand Qabrielyan məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslər qanunsuz silah və döyüş sursatı gəzdirmək və saxlamaqda şübhəli bilinərək saxlanılıb və Daxili İşlər Nazirliyinin ərazi bölmələrinə təhvil verilib.
Qeyd edək ki, Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilmişdi. Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı barədə məlumatlar yayılmışdı.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı