Ağdamın “Qarabağ” klubunun futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununu keçirib.
BUTA.TV xəbər verir ki, onun komandası “FIFA series - Edition 2024” layihəsi çərçivəsində “ev”də Boliviya ilə qarşılaşıb. Görüş əlcəzairlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
5 il sonra yığmaya dəvət alan 30 yaşlı yarımmüdafiəçi meydana ikinci hissədə daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Əlcəzair qələbə qoluna imza atıb - 3:2.
Qeyd edək ki, bu, Yassin Benzianın yığmanın heyətində keçirdiyi beşinci qarşılaşma olub.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı