Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Yardımlı rayon sakini olan bir nəfərin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.
Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto
- Azərbaycanda həyəcan: heyrətamiz dərəcədə azalma...
- Prezidentin təltif etdiyi şəxs kimdir? - Dosye
- Onkologiya mərkəzində partlayış: Cinayət işi açıldı