"Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.
BUTA.TV xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.
Ağdam təmsilçisi yarımfinalda “Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ"ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto