Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.
O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub.
Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
- 14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
- Eynulla Fətullayev “haqqın”ı satdı
- Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
- Sumqayıtda mühüm konfrans keçirildi - Foto
- Partlayışda ağır yaralanan həkim kimdir? - Foto
- Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
- İbad Hüseynov Xankəndidə restoran açdı
- Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - Foto